Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Nar”ın rəhbərliyində dəyişiklik olub

User 30 Sentyabr 2025 - 16:15 (Last updated: 30 Sentyabr 2025 - 16:15)
Digər saytlar

 30 sentyabr 2025-ci il tarixində “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) rəhbərliyində dəyişiklik olub. Şirkətin baş icraçı direktoru Qunnar Panke karyerasında yeni mərhələyə başlamaq məqsədilə tutduğu vəzifədən ayrılıb.

“Bu gün, 8 ilə yaxın müddətdə “Nar”da davam edən fəaliyyətim tamamlanır. Bu illər ərzində məqsədimiz sərfəli brend olaraq müştərilərimizə yüksəkkeyfiyyətli məhsul və xidmətlər təqdim etmək olub. “Nar – Sənə ən yaxın” şüarı ilə insanların həyatına müsbət təsir edən bir sıra layihələr həyata keçirdik, ilklərə və önəmli nailiyyətlərə imza atdıq. “Nar” komandası ilə birlikdə əldə etdiyimiz uğurlarla fəxr edir, komandanın hər bir üzvünə təşəkkür edərək minnətdarlıq hissi ilə “Nar”dan ayrılıram”, – deyə Qunnar Panke bildirib.

“Nar” fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlıq, əzmkarlıq və əldə olunan nailiyyətlərə görə Qunnar Pankeyə təşəkkür edir, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

“Nar” baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı məlumatı yaxın zamanda ictimaiyyətə təqdim edəcək.

2007-ci ildə fəaliyyətə başlayan “Azerfon” MMC (“Nar” ticarət nişanı) qısa müddətdə ölkənin telekommunikasiya sahəsində aparıcı şirkətlərdən birinə çevrilib. Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

AzPost.az

Post navigation

Previous: “Əvvəllər vətəndaşın su ilə təmin olunması 19 mərhələdən keçirdi” –
Next: ABŞ-ın Müvəqqəti İşlər vəkili Şeyxülislamla görüşüb

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

PENSIYA ISV
  • Sosial

Pensiyaya çıxmağınıza az qalıb? – Bu 7 səhv gələcək pensiyanıza təsir edə bilər

User 02 Noyabr 2026 - 21:00
Pensiyaya çıxmaq yaşına yaxınlaşan insanların bir qismi yalnız yaş həddinin tamamlanmasını gözləyir. Halbuki pensiya məsələsində təkcə yaş...
Read more about Pensiyaya çıxmağınıza az qalıb? – Bu 7 səhv gələcək pensiyanıza təsir edə bilər
Rusiya ordusu Ukraynada rekord itki verdi – Bir ayda 54 min hərbçi kreml
  • Dünya

Rusiya ordusu Ukraynada rekord itki verdi – Bir ayda 54 min hərbçi

User 02 Noyabr 2026 - 20:39
Evdəki dərman qutusunda təhlükə – Bu 5 preparatla ehtiyatlı olun derman
  • Sosial

Evdəki dərman qutusunda təhlükə – Bu 5 preparatla ehtiyatlı olun

User 02 Noyabr 2026 - 20:33
ABŞ İrana yenidən hücum edə bilər – Körfəz ölkələrində müharibə qorxusu artır abs iran savas
  • Dünya

ABŞ İrana yenidən hücum edə bilər – Körfəz ölkələrində müharibə qorxusu artır

User 02 Noyabr 2026 - 20:25
Qarında piydən xilas olmağın 6 yolu – Mütəxəssisdən vacib məsləhət piylemne
  • Maraqlı

Qarında piydən xilas olmağın 6 yolu – Mütəxəssisdən vacib məsləhət

User 02 Noyabr 2026 - 20:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.