Narışkin MKİ direktoru ilə nüvə silahından istifadəni müzakirə etdiyini təsdiqləyib

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə noyabrın 14-də Ankarada keçirdiyimiz danışıqlarda nüvə təhlükəsizliyi və Ukraynadakı vəziyyətlə bağlı məsələlər qaldırılıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Narışkin MKİ-nin direktoru ilə görüş zamanı “Ukrayna” sözünün ən çox işlənən ifadələrdən olduğunu qeyd edib: “Deyə bilərəm ki, bu görüşdə ən çox istifadə olunan sözlər “strateji sabitlik”, “nüvə təhlükəsizliyi”, “Ukrayna” və “Kiyev rejimi” olub”.

O, həmçinin Rusiya və ABŞ kəşfiyyat xidmətləri arasında nüvə təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün kanalın olması barədə məlumatı təsdiqləyib.

Azpost.info

Əvvəlki məqalə

Erməni silahlıları Ordumuzun Şuşa və Ağdamdakı mövqelərini atəşə tutub

Sonrakı məqalə

MEDİA-nın təlimləri davam edir