Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

NASA Günəş sistemində ulduzlararası məkandan gələn “arzuolunmaz qonaq” tapdı

Orkhan Ali 04 İyul 2025 - 20:42 (Last updated: 04 İyul 2025 - 17:45)
1
NASA alimləri Günəş sistemində ulduzlararası məkandan gəlmiş sirli kometanı aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, “Interesting Engineering” saytının məlumatına görə, bu obyekt 1 iyul tarixində Çilidə yerləşən ATLAS (Asteroid Terrestrial-impact Last Alert System) teleskopu vasitəsilə müəyyən olunub.
Yeni aşkarlanmış bu obyekt “3I/ATLAS” adlandırılıb və alimlər onun üçüncü təsdiqlənmiş ulduzlararası obyekt olduğunu bildirirlər. Kometa kəşf edilən zaman Yer kürəsindən təxminən 670 milyon kilometr məsafədə olub.
NASA-nın verdiyi açıqlamaya əsasən, bu ulduzlararası obyekt Yer üçün heç bir təhlükə yaratmır. Məlumatda qeyd olunur ki, “3I/ATLAS” kometası planetimizdən minimum 1,6 astronomik vahid (təxminən 240 milyon kilometr) uzaqlıqda qalacaq. Alimlər kometanın Marsın orbitinə daxil ola biləcəyini də ehtimal edirlər.
Elmi proqnozlara görə, “3I/ATLAS” kometası Günəşə ən yaxın mövqeyinə təqribən 30 oktyabr tarixində çatacaq. Bu zaman onun Günəşdən olan məsafəsi 1,4 astronomik vahid (təxminən 210 milyon kilometr) olacaq.
Qeyd edək ki, ulduzlararası məkan mənşəli ilk obyekt 2017-ci ildə aşkar edilmiş “1I/Oumuamua” asteroididir. İkinci belə obyekt isə 2019-cu ildə tapılan “2I/Borisov” kometası olmuşdu.

AzPost.az

Post navigation

Previous: Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi
Next: Rusiyada azərbaycanlı “qanuni oğru” Zaur Naxçıvanski həbs edilib

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.