Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

“National Prime Hospital”da kartla ödəniş qadağandır?

Orkhan Ali 20 İyun 2025 - 13:08 (Last updated: 20 İyun 2025 - 13:09)
National Prime Hospital

National Prime Hospital

Bakıda yerləşən “National Prime Hospital” klinikası ilə bağlı bir vətəndaşın sosial şəbəkədə paylaşdığı şikayət geniş rezonansa səbəb olub. Vətəndaş Aylin Elçin klinikada qarşılaşdığı qeyri-etik və qanunla şübhəli yanaşmanı ictimailəşdirərək tibbi xidmətlərin ödəniş sistemindəki şəffaflıq probleminə diqqət çəkib.

AzPost xəbər verir ki, Şikayətə əsasən, pasiyentə əməliyyat üçün əvvəlcədən gün təyin olunub və ödənişin POS-terminal vasitəsilə kartla həyata keçirilməsi planlaşdırılıb. Lakin ödəniş zamanı klinika əməkdaşları kartla əməliyyat ödənişinin mümkün olmadığını bildirərək yalnız nağd qəbul etdiklərini vurğulayıblar. “Terminal gözümüzün qabağında idi, soruşduqda dedilər ki, o, başqa ödənişlər üçündür. Səbəb kimi də göstərdilər ki, ‘orada həkimin xərcləri var’. Bu izah nə qanuni baxımdan, nə də etik cəhətdən qəbulolunandır,” – deyə Aylin Elçin bildirib.

Bundan əlavə, ailə üzvlərinə başqa bir kabinetə qalxaraq xüsusi icazə almaq təklif olunub. Bu isə, pasiyentlərin klinikada qəbul olunmuş qaydalar əsasında deyil, fərdi razılaşmalarla yönləndirildiyini göstərir. Nəticədə uzun mübahisə və psixoloji təzyiqdən sonra ailə əməliyyatı ləğv etmək məcburiyyətində qalıb.

Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununa görə, hüquqi şəxslər – xüsusilə tibb müəssisələri – 30 manatdan yuxarı ödənişləri POS-terminal vasitəsilə qəbul etmək imkanını təmin etməlidirlər. Klinikanın bu xidməti istəkdən asılı olaraq imtina etməsi qanun pozuntusu sayıla bilər.

Bundan əlavə, Vergi Məcəlləsinə əsasən, xidmət müqabilində qəbul edilən ödənişlərin uçotdan gizlədilməsi və yalnız nağd formada tələbi vergidən yayınma şübhəsi yaradır. Şikayətdə qeyd edilən “orada həkimin xərcləri var” kimi qeyri-rəsmi izahlar isə əlavə araşdırma tələb edən məsələdir.

Şikayətdə diqqət çəkən məqam yalnız maliyyə tərəfi deyil. Aylin Elçin bildirir ki, əməliyyata hazırlaşan pasiyent gün ərzində ac qalıb və yüksək stress şəraitində əməliyyatı gözləyirmiş. Belə bir psixoloji durumda xəstəyə yüksək gərginlik yaşatmaq tibbi etikaya ziddir.

Tibbi etika və pasiyent hüquqları ilə bağlı normativlərə görə, həkim və tibb müəssisəsi xəstənin psixoloji rifahını və təhlükəsizliyini təmin etməyə borcludur. Əks halda, əməliyyatın riski və sonrakı fəsadlar artır.

Bu cür hallarla qarşılaşdıqda  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Vergilər Xidməti və Səhiyyə Nazirliyi müraciət edilməlidir.

AzPost.az

Post navigation

Previous: Britaniya və ABŞ-da COVID-in yeni variantı olan Nimbus  yayılır
Next: Pensiya alanlara ŞAD XƏBƏR

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.