Natiq Cəfərli Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb

REAL Partiyasının sədri Natiq Cəfərli Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.
AzPost bildirir ki, bu barədə partiya məlumat yayıb. Görüş bu gün keçirilib.
Söhbət zamanı ölkədəki siyasi-ictimai durum, qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, Qarabağ və Şərqi Zəngəzura köç məsələlərinə toxunulub.
Dövlət və siyasi partiyalar arasında mütəmadi fikir mübadiləsinin davam etdiriməsinin vacibliyi görüşdə bir daha qeyd olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.