NATO Aralıq dənizində 10 günlük hərbi təlimlərə başlayır

NATO ölkələri yanvarın 24-dən fevralın 4-dək “Neptun Strike 22” adlı irimiqyaslı dəniz təlimləri keçirəcək.

Bu barədə cümə günü ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında bildirib.

Kirbinin sözlərinə görə, hərbi-dəniz aviasiya, gəmilər, sualtı qayıqların qatılacağı manevrlər NATO-nun dənizdə qarşılıqlı fəaliyyət qabiliyyətini nümayiş etdirmək və təkmilləşdirmək üçün nəzərdə tutulub.

Pentaqon sözçüsü ABŞ-ın təlimlərdə “Harri Trumen” təyyarədaşıyan döyüş qrupu ilə təmsil olunacağını deyib: “2020-ci ildə planlaşdırılan sözügedən təlim əsasən Aralıq dənizində keçiriləcək”.

Pentaqonun sözçüsü əlavə edib ki, Ukrayna ətrafında baş verən son hadisələrlə əlaqədar təlimin ssenarisində hər hansı dəyişiklikdən xəbərsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb –

Sonrakı məqalə

Avstaliyada 50 dərəcə isti olub –