“NATO artıq müharibədə iştirak edir, düşməndir” –Putinin mətbuat katibi

“Şimali Atlantika Alyansı – NATO faktiki olaraq Ukrayna münaqişəsinin iştirakçısına çevrilib və artıq şərti düşmən kimi deyil, Rusiyanın düşməni kimi çıxış edir”.

TASS agentliyi xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiyanın Yeni START Müqaviləsində iştirakını dayandırmasının səbəbləri ilə bağlı “İsvestiya”nın sualını cavablandıran Kreml sözçüsü qeyd edib ki, Rusiya üçün vəziyyət bu sənədin qəbul edildiyi dövrlə müqayisədə kəskin şəkildə dəyişib. Peskovun sözlərinə görə, bu gün NATO faktiki olaraq Ukraynadakı münaqişənin iştirakçısına çevrilib”.

Əvvəlki məqalə

FİFA 2022-ci ilin rəmzi komandasını açıqladı –

Sonrakı məqalə

Bəla “indikatoru” –