“NATO Belarusdakı hərbi fəaliyyətə nəzarət edir”- Alyansın sözçüsü

NATO Belarusdakı hərbi fəaliyyətə nəzarət edir və “Vaqner”dən müttəfiqlər üçün birbaşa və ya dolayı təhlükə görmür.

Azpost.info xəbər verir ki, bunu NATO-nun sözçüsü Oana Lunqesku deyib.

O bildirib ki, Rusiyanın aqressiv hərəkətlərinə cavab olaraq, NATO şərq cinahda müdafiə mövcudluğunu gücləndirib və istənilən təhlükənin qarşısını almaq və Alyans ərazisinin hər santimetrini qorumaq üçün lazım olan hər şeyi etməyə davam edir.

Avqustun 7-də Belarus Polşa və Litva ilə sərhəd yaxınlığında hərbi təlimlərə başlayıb. Belarus Müdafiə Nazirliyi bu manevrlərin Rusiyanın xüsusi hərbi əməliyyatı nəticəsində əldə edilmiş təcrübəyə əsaslandığını bildirib.

Oana Lunqesku Şimali Atlantika Alyansının Vilnüsdə keçirilən sammitində NATO rəhbərliyinin dünya ictimaiyyətinə ünvanladığı çağırışını təkrarlayıb: “Rusiyanı Ukraynaya qarşı aqressiv müharibəsini dəstəkləməmək və bunu edənlərin hamısını qınamaq lazımdır”.

Azpost.info

Əvvəlki məqalə

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Sonrakı məqalə

Prezident “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunu təsdiqləyib