NATO-nun İsveç və Finlandiyanı da daxil etməklə Şərqə doğru genişlənməsi Moskvanı əlavə tədbirlərə vadar edir.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində bildirib.
Putin deyib ki, Alyansın genişlənməsi Rusiya Silahlı Qüvvələrinin ölkənin qərb sərhədlərində yerləşən qruplaşmalarının gücləndirilməsinə ehtiyac yaradır.
“NATO-nun Şərqdə növbəti genişlənməsi və İsveç və Finlandiyanın Alyansda iştirakı ilə bağlı təhlükələri neytrallaşdırmaq üçün qərb strateji istiqamətində qruplaşmaları gücləndirmək ciddi şəkildə lazımdır”, – Rusiya prezidenti bildirib.
Azpost.info