NATO dağıla bilər- Danimarkanın baş naziri

Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, ABŞ-ın Qrenlandiya üzərində nəzarəti ələ almaq qərarı NATO üçün ağır nəticələr doğura bilər.

AzPost xəbər verir ki, baş nazir bu fikirləri Donald Trampın Qrenlandiya məsələsini yenidən gündəmə gətirməsi ilə bağlı yayılan məlumatları şərh edərkən səsləndirib.

Frederiksenin sözlərinə görə, ABŞ-ın hərbi yolla NATO-ya üzv olan başqa bir ölkəyə müdaxilə etməsi Avropanın onilliklər ərzində formalaşdırdığı təhlükəsizlik sisteminin ciddi şəkildə pozulmasına səbəb ola bilər. O vurğulayıb ki, belə bir addım alyans daxilində etimadı sarsıdar və NATO-nun bütövlüyünü təhlükə altına salar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.