“NATO-dakı müasir faşistlər ölməyib, Putinə hücum hazırlayırlar”- LUKAŞENKO

“Qərb ölkələri Ukrayna və Belarus ərazilərindən Rusiyaya hücum etməyi planlaşdırır”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus prezidenti gözlənilən hücumla bağlı tezislərinə dair heç bir sübut təqdim etməyib. O, Qərbin strateji planlarını Putinlə müzakirə etdiyini qeyd edib: “Bu yaxınlarda biz bunu Rusiya prezidenti ilə ətraflı müzakirə etdik. Rusiyaya hücum üçün strateji planlar hazırlanıb. NATO ölkələrinin müasir faşistləri getməyiblər, ölməyiblər. Onlar Ukrayna və Belarus vasitəsilə zərbə endirməyi planlaşdırırlar”.

Lukaşenko hansı ölkələrin Rusiyaya hücum etməyi planlaşdırdığını açıqlamayıb. Lakin vurğulayıb ki, Avropa qərarverici deyil, çünki Vaşinqtonun “çəkməsi” altındadır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.