NATO Donbassa görə hərbçilərin hazırlıq səviyyəsini artırır

Donbassda vəziyyətin gərginləşməsini nəzərə alaraq NATO hərbçilərin hazırlıq səviyyəsini artırmaq qərarına gəlib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyindən bildirilib.
Söhbət Alyansın çevik reaksiya qüvvələrinin minlərlə əsgərindən gedir. “Onlar həmişəki kimi 30-dan yox, yeddi gündən sonra yenidən yerləşdirilməyə hazır olmalıdırlar”, – məlumatda bildirilir.
NATO bu qərarı “DXR” və “LXR” liderlərinin Ukraynanı kütləvi hücuma və atəşə tutmaqda ittiham etdiyi Donbasda vəziyyətin gərginləşməsi fonunda verib.
“Yerləşdirməyə hazırlığın artırılması NATO-ya imkan verir ki, Rusiya tərəfindən eskalasiya olarsa, xüsusən Şərqi Avropadakı müttəfiqlərimizə öz ərazilərinin qorunduğuna dair arxayınlığı təmin etsin”, – Almaniya Müdafiə Nazirliyi izah edib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ordumuzun Tağaverd istiqamətində atəş açması yalandır –

Sonrakı məqalə

Polis küçədə gəzən 21 koronavirus xəstəsini evə qaytarıb