“NATO Gürcüstanın inteqrasiya istəyini tam dəstəkləyir” –Stoltenberq

NATO Baş katibi Yens Stoltenberq və Gürcüstan Baş naziri İrakli Qaribaşvili Brüsseldə görüşüb.

Bu barədə Stoltenberq “Twitter“də bildirib.

“NATO-nun yaxın tərəfdaşı olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdüm. Biz Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsini müzakirə etdik. NATO hər bir ölkənin suverenliyini, ərazi bütövlüyünü və öz yolunu seçmək hüququnu, həmçinin Gürcüstanın Avro-Atlantika məkana inteqrasiya istəklərini tam dəstəkləyir”, – Stoltenberq bildirib.

Əvvəlki məqalə

Meyxanaçı Cavid Sumqayıtlı 7 il azadlıqdan məhrum olunub

Sonrakı məqalə

“Rus ordusu Dnestryanı ərazisindən çıxmalıdır!” –