NATO-nun növbəti sammitinin vaxtı açıqlandı

NATO-nun növbəti sammiti gələn il iyulun 11-12-də Vilnüsdə baş tutacaq.

Azpost.info xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq məlumat verib.

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının növbəti görüşü 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçiriləcək”, – Baş katib bildirib.

Sammitdə hansı mövzuların müzakirə ediləcəyi hələlik məlum deyil.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya döyüş tanklarının yarısını Ukraynada itirib” –

Sonrakı məqalə

Özbəkistan Aİ-dən rusiyalı milyarderə qarşı sanksiyaları ləğv etməyi xahiş edib