NATO ölkələri Dağlıq Qarabağın müzakirəsi üçün toplaşır –

“Rusiyanın hərbi iştirakı güclənib” (Baş katib)
30 Noyabr 2020 - 17:46
b040804a 8 April 2004 2nd Meeting of the Military Committee in Permanent Session in 2004 Overview view of the meeting in session.

NATO dövlətlərinin xarici işlər nazirləri dekabrın 1-2 də keçiriləcək Atlantik Şurasının iclasında Dağlıq Qarabağdakı vəziyyəti müzakirəyə çıxaracaq.

Azpost.info bildirir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xarici işlər nazirləri Dağlıq Qarabağ və Belarusdakı hadisələr kontekstində Rusiyanın dünyada gücələnən hərbi mövqeyini dair müzakirələr aparacaqlar:

“Nazirlər Rusiyanın hərbi fəallığının genişlənməsi qarşısında nə etməli barədə məsələni müzakirə edəcəklər”.

Stoltenberqin sözlərinə görə, Rusiya öz nüvə arsenalını modernləşdirir  və yeni raketlərini Şimaldan tutmuş Liviya və Suriyaya qədər yerləşdirir: “ Biz həmçinin Rusiyanın Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində hərbi iştirakının gücləndiyini görürük”-deyə NATO baş katibi vurğulayıb.