NATO ölkələri Dağlıq Qarabağın müzakirəsi üçün toplaşır –“Rusiyanın hərbi iştirakı güclənib” (Baş katib)

NATO dövlətlərinin xarici işlər nazirləri dekabrın 1-2 də keçiriləcək Atlantik Şurasının iclasında Dağlıq Qarabağdakı vəziyyəti müzakirəyə çıxaracaq.

Azpost.info bildirir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xarici işlər nazirləri Dağlıq Qarabağ və Belarusdakı hadisələr kontekstində Rusiyanın dünyada gücələnən hərbi mövqeyini dair müzakirələr aparacaqlar:

“Nazirlər Rusiyanın hərbi fəallığının genişlənməsi qarşısında nə etməli barədə məsələni müzakirə edəcəklər”.

Stoltenberqin sözlərinə görə, Rusiya öz nüvə arsenalını modernləşdirir  və yeni raketlərini Şimaldan tutmuş Liviya və Suriyaya qədər yerləşdirir: “ Biz həmçinin Rusiyanın Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində hərbi iştirakının gücləndiyini görürük”-deyə NATO baş katibi vurğulayıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyanın Rusiyaya səfəri təxirə salınıb –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub-