NATO Ukrayna üzrə xüsusi nümayəndə postunun yaradılmasını planlaşdırır.
Azpost.info xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb.
Xüsusi nümayəndənin səlahiyyətlərinə Kiyevə koordinasiya dəstəyi daxildir.
Ukrayna üzrə xüsusi nümayəndə Kiyevdə olacaq. O, Alyansın Ukraynaya dəstəyini, o cümlədən müxtəlif Qərb ölkələrindən Kiyevə hərbi yardımını koordinasiya edəcək.
Azpost.info