NATO üzvü olan dövlətlər Ukraynaya əsgər göndərməyi müzakirə edir

NATO və Avropa Birliyinə üzv olan bir neçə ölkə ikitərəfli əsasda Ukraynaya əsgər göndərməyi nəzərdən keçirir.

Azpost.info Reuters-ə istinadən bildirir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fiko bazar ertəsi Parisdə Avropa liderlərinin görüşündən əvvəl verdideyib. yi açıqlamada

“Mən yalnız bunu deyə bilərəm ki, Paris görüşünə hazırlıq bir sıra NATO və Aİ-yə üzv ölkələrin ikitərəfli əsasda Ukraynaya öz qoşunlarını göndərmək imkanını nəzərdən keçirdikləri anlamına gəlir”,-deyə o, Slovakiya Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib.

Fiko eyni zamanda əlavə edib ki, o, əsgərlərin hansı məqsədlə göndəriləcəyini və orada nə etməli olduqlarını deyə bilməz.

Əvvəlki məqalə

Ermənistanın xarici işlər naziri Türkiyəyə gedir

Sonrakı məqalə

“Qərbin hökmranlıq dövrü başa çatıb” –