“Navalnının ölümündə Rusiya hakimiyyəti günahkardır”- ŞARL MİŞEL

“Siyasətçi Aleksey Navalnının ölümündə Rusiya hakimiyyəti günahkardır”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.

“Avropa İttifaqı bu faciəli ölümə görə məsuliyyəti yalnız Rusiya rejiminin üzərinə qoyur. Onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Həmçinin dünyada ən qaranlıq şəraitdə demokratiya uğrunda mübarizədə aparanlara. Savaşçılar ölür, azadlıq uğrunda mübarizə isə heç vaxt bitmir”, – Şarl Mişel deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.