Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlki məqalə

Bakıda “moyka”da maşından 5 min manatlıq saat oğurlanıb

Sonrakı məqalə

Azərbaycanda əlilliyi olan şəxslərin sayı