Naxçıvan MTN-nin sabiq şöbə rəisi həbsxanada niyə ölüb? –Penitensiar Xidmət açıqlama yaydı

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ləğv olunan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir İsmayılovun ölümü ilə bağlı məlumat yayıb.

Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib. Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Z.İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir