“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub

Həbs
Həbs

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub.

APA-nın əldə etdiyi məlumata görə, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.