Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Naxçıvanda “ASAN xidmət” mərkəzinin açılışı olub

User 18 May 2023 - 14:21 (Last updated: 21 May 2025 - 20:15)
asan xidemt naxcivan

 Bu gün Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi baş tutub.

Azpost.info bildirir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.

Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstəsi qoyulub.

Tədbirdə məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb.

Naxçıvan “ASAN xidmət” mərkəzi isə ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir.

Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb. 2023-cü ilin may ayında tikintisi başa çatdırılıb.

“ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, 2 ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator və UPS quraşdırılıb.

“ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında inşa edilib. Ümumilikdə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.

Əməkdaşların ümumi sayı 228, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur:

Burada vətəndaşların istirahəti üçün “ASAN kafe” nəzərdə tutulub, 50 avtomobil üçün parklama yeri yaradılıb.

Post navigation

Previous: Gələcəyimiz bu gün –
Next: “Qələbəmiz CHP sədrinin rahatlığını pozub…” –

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbə endirilməsi imkanını nəzərdən keçirir. Bu zərbələrin İranın nüvə...
Read more about Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə
Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.