Naxçıvanda elektrik verilişində fasilələr yaranacaq

Naxçıvan şəhərinin H.Əliyev prospekti, İstiqlal və A.Cəlilov küçələrində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən verilən məlumata görə, bu gün Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin istismarında olan ərazilərdə elektrik verilişi saat 15:00-dan 16:00-dək dayandırılacaq. Analoji hal Babək rayonunun Kərimbəyli, Yarımca, Hacıvar, Badaşqan, Qahab, Naxışnərgiz, Dizə, Nəhəcir, Zeynəddin, Sirab, Kültəpə, Nəcəfalıdizə, Qaraqala, Kəlborucdizə, Şıxmahmud və Xəlilli kəndlərində də yaşanacaq.

Qeyd edək ki, fasilə elektrik xətlərində aparılan profilaktik təmir işləri ilə əlaqədardır.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Şahbaz Şərifi təbrik edib

Sonrakı məqalə

“Nar” Qarabağda keçirdiyi layihələrə görə mükafata layiq görülüb