Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Naxçıvanda ilk dəfə olaraq müəllimlər iş yerlərini digər ümumtəhsil müəssisələrinə dəyişdirə biləcəklər.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub.

Qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi digər ümumtəhsil müəssisələrinə vakansiyalara uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək.

Müəllimlər iş yerini diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişmək imkanı əldə edəcəklər.

Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarla https://zip.lu/3irdk linkindən tanış ola bilərsiniz(azərtac).

Əvvəlki məqalə

“İlon Mask “gələcək alverçisidir”, gələcək cazibədar olarsa yaxşı satılır” –

Sonrakı məqalə

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb