Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Naxçıvanda İranla sərhəddə hər hansı dəyişiklik baş verməyib –

User 03 Mart 2023 - 10:29 (Last updated: 21 May 2025 - 20:15)
serhed

Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran İslam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xəttinin qanunsuz olaraq dəyişdirilməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhəd xətti və sərhəd rejimi SSRİ və İran arasında 02 dekabr 1954-cü il tarixli “Sərhəd və maliyyə məsələləri üzrə Sazişə” və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərə və xəritələrə, eləcə də 14 may 1957-ci il tarixli “Sərhədin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi haqqında Müqaviləyə əsasən müəyyən edilib:

“Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhəd xətti yuxarıda qeyd edilən sənədlərə tam uyğundur və sərhəd xəttinin keçmə yerlərində hər hansı bir dəyişiklik baş verməyib.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri – 2014-cü ilin 12 noyabr tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandum”a və həmin Memorandumun tərkib hissəsi olan “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarında məcranizamlama və sahillərin mühafizəsi tədbirləri üzrə araşdırmalar aparılması və onların yerinə yetirilməsi haqqında Təlimata əsasən həyata keçirilir.

Qeyd edilən Memorandum Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli №1154-IVQ nömrəli Qanunu ilə təsdiq edilib.

Araz çayının təbii səbəblərdən dəyişmiş su axınının çayın əsl yatağına qaytarılması məqsədilə 2016-cı ildən başlayaraq hər iki tərəfin aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin çoxsaylı görüşləri keçirilib, bu görüşlərdə əldə edilmiş razılaşmalara uyğun olaraq 2020-ci ildə müvafiq məcranizamlama və sahilbərkitmə işlərinə başlanılıb, hazırda bu işlər davam etdirilir”.

Xatırladaq ki, yayılmış məlumatlarda sərhəd xəttinin qanunsuz dəyişdirilməsi nəticəsində 21 hektar torpağın İran İslam Respublikasının ərazilərinə daxil edildiyi iddia olunub. O da iddia edilib ki, Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbov 21 hektarlıq ərazini İrana satıb.

Post navigation

Previous: Ceyhun Bayramov İsrailə gedəcək
Next: Mədə qastriti və ilkin əlamətləri

Oxşar xəbərlər

DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41

xƏBƏR

bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Oktyabrın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil...
Read more about Bu günə olan valyuta məzənnələri
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.