Naxçıvanda müəllimə məktəb direktorunu döydü

Naxçıvanda orta məktəbin direktoru döyülüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Naxçıvan Şəhər İ.Səfərov adına 1 saylı orta məktəbdə baş verib.
Məktəbin fiziki tərbiyə müəlliməsi Səriyyə Qənbərova məktəbin direktoru Asudə Məmmədova ilə dərs saatına görə mübahisə edib. O, Asudə Məmmədovanı qanunsuzluqda ittiham edib və müəllimlə direktor arasında mübahisə yaranıb. Mübahisə nəticəsində S.Qənbərova direktoru döyərək ona xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.
Naxçıvan Şəhər Məhkəməsində keçirilən prosesdə S.Qənbərova məktəb direktoruna dəymiş ziyanı ödəyib və onlar arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S.Qənbərova məsuliyyətdən azad edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.