“Toylarda yemək verilməyəcəyi ilə bağlı yayılan məlumat yalandır” –

Naxçıvan Daimi Nümayəndəliyi AÇIQLAMA yaydı
28 İyun 2021 - 13:01
“Naxçıvanda toylarla bağlı yayılan məlumat yalandır”.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyindən bildirilib.

Numayəndəliyin yaydığı məlumtda deyilir:

“İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılmışdır.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində  Daimi Nümayəndəliyi bildirir ki, bu məlumat əsassızdır və gəvəzəlikdir. Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən  mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun  keçiriləcəkdir”.