Naxçıvanda “Tramp dəhlizi”nə qoşulacaq dəmir yolu tikilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir.

ADY-dən bildirilib ki, uzunluğu 194,1 km olan dəmir yolu boyunca 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və “Şimal-Cənub” dəhlizinin mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.