Nazir:“Rusiyada koronavirusla bağlı vəziyyət əlverişli ssenari üzrə gedir”

“Rusiyada koronavirusla bağlı vəziyyət əlverişli ssenari üzrə gedir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

“Görürük ki, ölkədə tətbiq olunan tədbirlər həqiqətən də xəstələrin sayına, xəstələrin vəziyyətinin ağırlığına təsir edib. Faktiki olaraq vəziyyət olduqca əlverişli ssenari üzrə gedir”, – deyə rusiyalı nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya Nazirlər Kabineti yanında Operativ Qərargahln bu günə olan məlumatına görə, Rusiyada yeni növ koronavirusa yoluxanların sayı 4149 nəfərə çatıb. Ölkənin 78 regionunu əhatə edən yoluxma nəticəsində indiyə kimi 34 nəfər həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus xəstəsi:

Sonrakı məqalə

Həkim: