Nazir müavini “aptekdə tibbi maska niyə yoxdur?” sualına cavab verdi:"Adi halda maskadan istifadə etməsi düzgün deyil"

“Xəstə insanlar kimisə yoluxdurmamaq üçün tibbi maskadan istifadə etməlidirlər”.

Bunu bu gün keçirilən mətbuat konfransında apteklərdə tibbi maska çatışmazlığı ilə bağlı sualı cavablandıran Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. V.Qasımov deyib ki, sağlam insanların adi halda maskadan istifadə etməsi düzgün deyil: “Yalnız insanlar çox olan yerdə sağlam insanlar tibbi maskadan istifadə edə bilərlər”.

Nazir müavini tibbi maskaların xaricə aparılmasının qarşısının alınması üçün qadağa tətbiq olunduğunu da nəzərə çatdırıb. 

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə Azərbaycanda kifayət qədər maska və qoruyucu vasitələrin olduğunu söyləyib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Artıq ölkə daxilində koronavirus infeksiyası yayılır” –

Sonrakı məqalə

Avrokubokların final oyunları rəsmən təxirə salındı