Nazir müavini Elmir Vəlizadə işdən çıxarıldı

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.

Sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub. O, bu təyinata qədər “Azərkosmos” ASC-nin sədr müavini və müvəqqəti rəhbəri vəzifəsində çalışıb, ondan əvvəl isə səhmdar cəmiyyətdə korporativ idarəetmə üzrə müşavir, nazirliyə məxsus “Azərpoçt” biznesin inkişafı şöbəsinin müdir müavini, əməliyyatlar şöbəsinin müdiri olub.

Xatırladaq ki, E.Vəlizadə 2007-ci ildən nazir müavini olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Ölkədə Çin vaksininin əks göstərişləri yoxdur” –