“Ölkədə Çin vaksininin əks göstərişləri yoxdur” –Prezidentinin köməkçisi

“Bu gün Azərbaycanda tətbiq olunan Çinin “Sinovac” vaksininin əks göstərişləri, demək olar ki, yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, əgər belə bir hal olsa və həmin vətəndaşlar öz həkimlərinə müraciət edərək bunu sübut edərlərsə, onlara vaksinasiya pasportunun əvəzinə əlavə bir arayışın verilməsi mümkün ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazir müavini Elmir Vəlizadə işdən çıxarıldı

Sonrakı məqalə

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı