Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Nazir müavinləri, icra başçıları, generallar Novruzu harada qeyd edəcək? – AÇIQLAMA

Orkhan Ali 20 Mart 2025 - 18:34 (Last updated: 21 May 2025 - 20:15)
memur33

Sabahdan Azərbaycanda 12 günlük bayram tətili başlayır. Sadə vətəndaşlar kimi Azərbaycanın yüksək vəzifəli məmurları da istirahət edənlər siyahısında olacaq. Azərbaycanda yüksək çinli məmurların harada istirahət edəcəyi həmişə böyük maraq doğurur. Manset.az saytı bu səbəbdən yüksək çinli məmurlarla əlaqə saxlayaraq, onların harada istirahət edəcəyi ilə bağlı maraqlanıb.

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Novruz bayramını ailəsi ilə birlikdə qeyd edəcəyini bildirib:

“Hələlik planımız yoxdur. Həmin günü işdə olmasaq, ailəmizlə bir yerdə Azərbaycanda qeyd edəcəyik”.

Ağdan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov:

“Hal-hazırda Ağdamda quruculuq işləri aparılır. Bayramı da Ağdamda ailəmlə birlikdə qeyd edəcəm. Kişinin arvadı yanında olar”.

Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov:

“Novruz bayramı bizim ən əziz bayramlarımızdan biridir. Ailəm ilə birlikdə qeyd edəcəm”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə bayramı Azərbaycanın ən gözəl guşələrindən olan Qaxda qeyd etməyi planlaşdırır.

“Bilirsiniz ki, mən Qax rayonundanam. Novruz bayramını da Qaxda qeyd edəcəm”.

Bayramı regionlarımızda qeyd edən şəxslərdən biri də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.

O bildirib ki, bayramı ərəfəsində rayonlarımızı gəzəcək:

“Novruz bayramını Azərbaycanın dilbər guşələrində keçirəcəm. Yəqin ki, Qəbələ, İsmayıllı, Şamaxıya, Şəkiyə gedəcəm”.

Milli bayramımızı regionlarda keçirəcək şəxslər sırasında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevdə var.

“Mən bayramı öz yurdumda-Balakəndə qeyd edəcəm. Balakən ən gözəl rayonlar sırasındadır. Balakəni qoyub heç yerə getmək olmaz”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general-polkovnik Arzu Rəhimov isə deyib ki, bayramı ailəsi ilə birlikdə qeyd edəcək:

“Mən heç bir bayramı ailəmdən uzaqda olmuram. Çalışıram ailəmlə birlikdə qeyd edim”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin dini rəhbəri Sabir Həsənli isə bayramı Heydər məscidində qeyd edəcək.

“Evdə ailəm ilə birlikdə qeyd edəcəm. Daha sonra işdə olacam. Burda da kollektiv ilə Novruz bayramını qeyd etməyə çalışacağıq”.

Post navigation

Previous: Ermənistan – Türkiyə sərhəddi açılır
Next: “Kurtlar vadisi”nin rejissoru Osman Sınav vəfat edib

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İranın sonuncu şahının oğlu Rza Pəhləvi “Azadlıq” mükafatına layiq görülüb. Mükafatın əslində “İran xalqı”na verildiyi bildirilir. Bu...
Read more about Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.