Nazir Vilayət Eyvazov təqaüdə gedən Ehsan Zahidovla bağlı yeni əmr imzalayıb

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bir neçə gün əvvəl təqaüdə göndərilən polis polkovniki Ehsan Zahidovla bağlı əmr imzalayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, nazirin əmrinə əsasən, Ehsan Zahidova təqaüddə olduğu müddətdə polis geyimindən istifadə etmək hüququ verilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi olmuş Ehsan Zahidov bir neçə gün əvvəl təqaüdə göndərilib.
Həmin vəzifə polis polkovnik-leytenantı Elşad Hacıyevə həvalə edilib.
Əvvəlki məqalə

Türkiyə “taxıl sazişi”nə Rusiyasız davam etmək imkanlarını araşdırır

Sonrakı məqalə

Rusiya Nikolayev və Odessaya raket zərbələri endirib