Nazir xalq artisti Əlibaba Məmmədov ziyarət edib –FOTO

Mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Ə.Məmmədovu doğum günü münasibətilə təbrik edən A.Kərimov, ifaçının Azərbaycan incəsənətində xüsusi rolunu vurğulayıb, onun mahnılarının dillər əzbəri olduğuna diqqət çəkib.

Ə.Məmmədovun yetişdirdiyi tələbələrin bu gün də Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak etdiyini vurğulayan nazir ona möhkəm can sağlığı arzularını çatdırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir