Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC minik nəqliyyat vasitələrinin ehtiyat hissələrinin alınmasına və təmir xidmətlərinə 148 502 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, qurum “Motor Clinic” MMC ilə müqavilə bağlayıb.
Nizamnamə kapitalı 10 AZN MMC-nin qanuni təmsilçisi Samir Mahmud oğlu İsmayılovdur. Şirkətin rəsmi saytı yoxdur.