Nazirlik jurnalistlər üçün tikilimiş 3-cü binanın taleyi barədə rəsmi açıqlama yaydı

Jurnalistlər üçün tikilmiş bina şəhid ailələrinə və qazilərə verilib. 

Azpost.info bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

“Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub”-deyə açıqlamada vurğulanır.

Əvvəlki məqalə

Putin Priqojinin dəfnində iştirak edəcək? 

Sonrakı məqalə

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib