Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Nə olub, nəyə baxırsan?” –

Orkhan Ali 28 Mart 2025 - 20:20 (Last updated: 21 May 2025 - 20:15)
dava

dava

Qazax şəhərində çayxanada başlayan baxışma üstündəki mübahisə bıçaqlanma ilə nəticələnib.

AzPost xəbər verir ki, hadisə 2023-cü ildə Qazax şəhərində yerləşən “Pürrəngi” çay evinin yaxınlığında baş verib.

Məlumata görə, hadisə axşam saatlarında çayxanada Məhəmməd və dostu Turalın Şahmurad və Əfqana sərt baxması ilə başlayıb. Bu zaman Məhəmməd Şahmurada “nə olub, nəyə baxırsan?” deyib. Onlar isə “baxanda nə olur?” deyə cavab verib. Məhəmməd onları çölə çağırıb və mübahisə böyüyüb.

Çayxanadan çıxan gənclər Rus Pravoslav kilsəsinin yaxınlığında mübahisəni davam etdiriblər. Burada Məhəmməd Əfqanın üzərinə gedərək yumruqla onun ağzına zərbə endirib. Bundan sonra dava daha da böyüyüb, Tural da Şahmuradı vurub və onlar yerə yıxılıb. Davanın gedişində Məhəmməd cibindəki bıçağı çıxararaq Şahmuradın kürəyinə bir dəfə zərbə endirib​

Hadisədən sonra Məhəmməd və Tural hadisə yerindən uzaqlaşıblar. Lakin ertəsi gün Məhəmməd polisə gedərək könüllü şəkildə təslim olub və törətdiyi əməli etiraf edib​.

Şahidlərin məhkəmədə verdiyi ifadələrdə bildirilir ki, hadisə yerində bir neçə nəfər olub və dava zamanı ciddi xəsarətlər yetirilib.

Məhəmməd Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə, Tural isə Cinayət Məcəlləsinin 126.2.1 (bir qrup şəxs tərəfindən sağlamlığa ağır zərər vurma), 126.2.4 (xüsusi amansızlıqla sağlamlığa zərər vurma) və 221.3 (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib​./modern.az

Post navigation

Previous: Aİ-nin Müşahidə Missiyası Qubadlı və Laçınla sərhəddə müşahidə aparıb
Next: Nə etmək lazımdır ki, yanacaq sərfiyyatı artmasın?

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.