Neft Fondu 9 aydakı gəlir və xərclərini açıqlayıb- Rəqəmlər

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 14 milyard 715,2 milyon manat, büdcə xərcləri isə 7 milyard 680,4 milyon manat təşkil edib.

Fonddan Azərtac-a bildirilib ki, 9 ayda ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 74,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 290,4 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat olub.

Hesabat dövründə fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 640,3 milyon manat təşkil edib.

Doqquz ayda ARDNF-in 2019-cu il büdcəsinin icrası çərçivəsində 7 milyard 536 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 126,4 milyon manat vəsait ayrılıb. Yanvar-sentyabr aylarında fondun idarə edilməsi ilə bağlı xərcləri 18 milyon manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 219,8 milyon manat təşkil edib.

Sentyabrın 30-na Neft Fondunun aktivləri cari ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 10,4 faiz artaraq 42 milyard 524,4 milyon dollara bərabər olub.

Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər hesabına baş verib. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6 faiz), bu ilin 9 ayı ərzində müvafiq göstərici 15,2 faiz təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran Prezidenti Qoşulmama Hərəkatı üzvlərinə çağırış etdi:

Sonrakı məqalə

“Rusiya səylərini artırsa, Qarabağ münaqişəsi həllini tapar”