Neft yatağında qəza baş verib? –SOCAR təkzib edir

Xəzərin Azərbaycan sektorunda partlayış və yanğın baş verib.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı aldığı məlumatlar əsasında yazıb ki, yanan Ümid yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusudur. Belə ki, adətən kəşfiyyat quyusu qazıldıqdan sonra ağzı sementlənərək bağlanır. Vaxtında yol verilən səhlənkarlıq – sementin keyfiyyətsiz, yaxud az olması nəticəsində illər sonra həmin quyudan sızmalar olur, təzyiq güclü olduqda isə yanğına çevrilə bilir. Quyunu Kompleks Qazma İşləri Trestinin Sahil qazma idarəsi qazıb.
SOCAR isə məlumat yayıb ki, onun birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə deyilib ki, partlayış və yanğının səbəbi öyrənilir, amma ilkin ehtimala görə səbəb vulkan püskürməsidir.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xəzərdəki hadisə palçıq vulkanının əlamətidir”

Sonrakı məqalə

Xəzərdə partlayış olan əraziyə gəmi göndərilib