“Neftçi” Azərbaycan çempionu olub

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, sonuncu – XXVIII tur mükafatçıların adlarına tam aydınlıq gətirib.

Çempion titulunun sahibi “Neftçi” – “Qarabağ” görüşündə müəyyənləşib. Gərgin mübarizə şəraitində keçən matçın taleyini son dəqiqələrdə vurulan bir top həll edib.

Ahmed Ahmedovun vurduğu top “Neftçi”yə qələbə qazandırıb. Bu 3 xal “Neftçi”yə çempionluq bəxş edib. Bakılılar ümumilikdə 9-cu dəfə qızıl medallara yiyələnib. Rəqibinin seriyasını qırmaq üçün qalib gəlməli olan “Neftçi” bu vəzifənin öhdəsindən legionerin qolu ilə gəlib.

Bürünc medal qazanmağa daha yaxın olan “Zirə” səfərdə “Sabah”a uduzub. Bu məğlubiyyətdən yararlanan “Sumqayıt” “Səbail” üzərində qələbə ilə 3-cü yerə yüksəlib. “Gənclik şəhəri” təmsilçisi bürünc medalla yanaşı Konfrans Liqasına vəsiqə də əldə edib.

Turun formal xarakter daşıyan matçında isə “Keşlə” “Qəbələ”yə qalib gəlib. Bu nəticə sayəsində bakılılar son pilləni tərk edib. 8-ci yerə isə “Səbail” yuvarlanıb.

Azərbaycan Premyer Liqası
XXVIII tur
19 may (çərşənbə)

18:00. “Səbail” – “Sumqayıt” – 0:1
Qol:
Murad Xaçayev, 42
Baş hakim: Rəşad Əhmədov
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov. 15. Ayxan Bədizadə
Baş məşqçi:Aftandil Hacıyev
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 5. Camaləddin Xocaniyazov, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli. 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi:Ayxan Abbasov
“ASCO Arena”

18:00. “Sabah” –“ Zirə” – 2:1
Qollar:
Ramil Şeydayev, 21,Xulio Sezar Rodriqez, 89-Qismət Alıyev, 72 (pen.)
Baş hakim: Əliyar Ağayev
“Sabah”1. Saşa Stamenkoviç, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 30. Mario Marina, 9. Xulio Sezar Rodriqez, 3. Zurab Oçiqava, 33. Camal Cəfərov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rustam Samigullin, 19. Təmkin Xəlilzadə. 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 34. Bəxtiyar Həsənalızadə, 48. Dmitro Klots, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 66. Abdulax Xaibulaev, 27. Samir Məhərrəmli, 77. Veysəl Rzayev
Baş məşqçi:Ramin Quliyev
“Zirə”: 1. Mateus Albino: 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 9. Davit Volkov, 12. Lazar Corceviç, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi:Rəşad Sadıqov
“Bank Respublika Arena”

18:00. “Keşlə” – “Qəbələ” – 3:1
Qollar:
Şəhriyar Əliyev, 15,Silvio Rodriqes, 16,Vüsal İsgəndərli, 90+6-Ceyms Adeniyi. 26
Baş hakim: Rəvan Həmzəzadə
“Keşlə”: 1. Stanislav Namaşko, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 29. Yevgeni Koçuk, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev
Baş məşqçi:Sənan Qurbanov
“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi. 77. Merabi Qiqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç. 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 88. Gülağa Əsədov
Baş məşqçi:Elmar Baxşıyev
“ASK Arena”

20:30. “Neftçi” – “Qarabağ” – 1:0
Qol:
Ahmed Ahmedov, 90
Baş hakim: Elçin Məsiyev
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz,
91. Tallison Diaz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 20. Mert Çelik, 49. Alves De Souza, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Samir Abasov
“Qarabağ”: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 9. Xayme Romero, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 95. Məmməd Hüseynov, 94. Ayhan Arazlı, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Dalğa Arena”

1 Neftçi 28 18 5 5 47-25 59
2 Qarabağ 28 16 9 3 64-18 57
3 Sumqayıt 28 10 9 9 30-31 39
4 Zirə 28 8 14 6 28-28 38
5 Sabah 28 7 8 13 28-38 29
6 Keşlə 28 5 11 12 25-40 26
7 Qəbələ 28 5 11 12 23-44 26
8 Səbail 28 5 9 14 21-42 24

Bombardirlər: Namiq Ələsgərov (“Neftçi”) – 19, Mahir Emreli – 18, Filip Ozobiç (hər ikisi “Qarabağ”) – 11 qol.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə bu gün COVID-19-dan 233 nəfər dünyasını dəyişib

Sonrakı məqalə

“Faciəvi oyun, maraqlı ssenari idi”-