“Neftçi” ilk yoxlama oyununda heç-heçə etdi

Növbəti mövsümün hazırlığını Polşada davam etdirən “Neftçi” İsrail təmsilçisi “Hapoel” (Təl-Əviv) ilə yoxlama oyunu keçirib.

Teleqraf xəbər verir ki, Byalobjeqdə yerləşən “Mieyski” stadionunda baş tutan qarşılaşma bərabərliklə yekunlaşıb – 1:1.

Matçda “ağ-qaralar”ın qolunu 1-ci dəqiqədə Emin Mahmudov vurub. Rəqibin heyətində isə 35-ci dəqiqədə penaltidən Roy Koren fərqlənib.

Qeyd edək ki, Samir Abasovun kollektivi bundan sonra Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) komandaları ilə yoxlama görüşləri keçirəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.