“Neftçi”nin baş məşqçisi istefa verib?

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçukun istefa verməsi ilə bağlı xəbərlər yayılıb.

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, “Neftçi” hazırda tarixinin ən bərbad mövsümünü keçirir. Klub geridə qalan 9 tur ərzində qələbə üzünə həsrət qalıb. Hazırda aktivində beş xalı olan bakılılar, turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Qriqorçukun komandası bu gün Premyer Liqasının 9-cu turu çərçivəsində digər autsayder “Kəpəz”ə də 3:4 hesabı ilə uduzub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.