“Neftçi”nin veteran futbolçusu Səmədağa Şıxlarov avtomobil qəzasında ölüb

“Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarov vəfat edib.

Bu barədə apasport.az saytına Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O bildirib ki, 66 yaşlı futbol veteranını avtomobil vurub. Hadisə bu gün Həsən Əliyev küçəsindəki evinin yaxınlığında baş verib. Şıxlarov hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Şıxlarov 1974, 1977-80, 1982-84-cü illərdə “Neftçi”nin şərəfini qoruyub.

O, həmçinin Sumqayıt “Xəzər”i, Mingəçevir “Avtomobilçi”si, Kiyev OİK-i, Gəncə “Kəpəz”i və Siyəzən “Çıraqqala”sında forma geyinib.

1982-ci ildə SSRİ Olimpiya yığmasında da cəlb olunan Şıxlarov karyerasının sonlarında “Neftçi”nin futzal komandasında da oynayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşğaldan azad edilmiş ərazilərdə ötən ay 443 mina, 1090 hərbi sursat aşkarlanıb –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 475 nəfər COVID-19-dan sağalıb –