“Neftin qiymətinin düşməsinin mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir”- Baş Nazir

“Hökumət dünya iqtisadiyyatında gedən prosesləri yaxından izləyir və qabaqlayıcı tədbirlər görür”.

APA-nın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.

Baş Nazir bildirib ki, neftin qiymətinin düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir və bu alətlər çevik şəkildə həyata keçirilir: “Təsdiq olunmuş vahid tədbirlər planı hökumət tərəfindən vaxtında və tam icra olunacaq. Azərbaycan hökuməti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını təmin etmək üçündür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Facebook”un Azərbaycandakı istifadəçiləri

Sonrakı məqalə

İşsizlər üçün birdəfəlik ödəmənin kimlərə veriləcəyi