Nensi Pelosi yenidən ABŞ Nümayəndələr Palatasına seçildi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Kaliforniya ştatında seçkilərdə qalib gəlib.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, o, 82 faiz səslə respublikaçı rəqibi Con Dennisi geridə qoyub.

Lakin respublikaçılar Nümayəndələr Palatasında yerlərin əksəriyyətini qazansalar, spiker onların partiyasının nümayəndələrindən təyin olunacaq.

CNN-in seçki nəticələrinə dair tablosuna görə, respublikaçılar seçkilərdə öndədir (170 demokrata qarşı 193 respublikaçı namizəd,).

Azpost.info

 

Əvvəlki məqalə

“Ukrayna Krımı hərbi yolla geri qaytarıb-qaytarmayacağına özü qərar verməlidir”

Sonrakı məqalə

“Ukraynada hərbi əməliyyatların intensivliyi azala bilər”