Nepalda etirazçılar həbsxananı ələ keçirməyə cəhd edib

Nepalın Moranq bölgəsində etirazçılar yerli həbsxananı ələ keçirməyə çalışıblar.

AzPost xəbər verir ki, hadisə zamanı polis kütlənin qarşısını almaq üçün on beş xəbərdarlıq atəşi açıb.

Məlumata görə, Moranq həbsxanasında min yüzdən çox məhbus saxlanılır. Etirazçılar “məhbusların azad edilməsi” tələbi ilə şüarlar səsləndirərək binaya hücum etməyə cəhd ediblər.

Polisin atəş açmasından sonra kütlə dağılıb. Əlavə təhlükəsizlik tədbirləri üçün əraziyə hərbi qüvvələr göndərilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.