Netanyahu İranın ali liderinin ölümü ilə bağlı ehtimalı açıqladı

İsrail Baş naziri Benyamin Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin İrana hücum zamanı Ali Rəhbər Ayətullah Əli Xameneyinin iqamətgahına zərbə endirdiyini açıqlayıb.

Azpost.info bildirir ki, İsrail televiziyasında yayımlanan televiziya çıxışında baş nazir Xameneinin iqamətgahının bu səhər güclü bir gözlənilməz zərbə ilə məhv edildiyini deyib.

Netanyahu həmçinin İranın Ali Rəhbərinin ölümünün mümkünlüyü barədə də fərziyyələr irəli sürüb.”Xameneyinin artıq həyatda olmaya biləcəyinə dair bütün əlamətlər var”, – deyə o bildirib.

Bir müddət əvvəl Livanın “Əl Mayadeen” televiziya kanalı İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin onun qərargahında hərbi əməliyyatlara rəhbərlik etdiyini bildirmişdi.

28 fevral şənbə günü İsrail və ABŞ-ın İrandakı hədəflərə zərbə endirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.