Netanyahu karantinə alınıb

İsrailin baş naziri Benyamin Netanyahu karantinə alınıb.

APA-nın “Haaraetz”ə istinadən verdiyi xəbərə görə, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Məlumatda bildirlib ki, Benyamin Netanyahu koronavirusla bağlı analiz verib, analizin nəticəsi müyyənləşənə qədər o, karantində olacaq. Baş nazirlə yanaşı onun məsləhətçiləri də kanantində olacaq.

Qeyd edək ki, bu gün İsrail Baş nazirinin Knesset məsələləri üzrə müşavirinin COVID-19 virusuna yoluxduğu məlum olub.

İndiyədək İsraildə 4347 nəfər koronavirusa yoluxub. Bunlardan 134 nəfər sağalıb 16 nəfər vəfat edib 95 nəfərin vəziyyəti ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusa yoluxmuş Şahzadə Çarlz karantindən çıxıb

Sonrakı məqalə

BMTM-dən işğal edilmiş ərazilərdə keçirilməsi nəzərdə tutulan qondarma “seçkilər”lə bağlı